05 oktyabr 2023 20:54
297

Qarabağın 3 rayonunda sülhməramlıların postları ləğv edilib

Qarabağın 3 rayonunda sülhməramlıların postları ləğv edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“Qarabağda tərəflərin keçmiş təmas xətti boyunca sülhməramlıların müvəqqəti müşahidə məntəqələri yığışdırılıb” - nazirlikdən bildirilib.

Məlumatda o da bildirilir ki, Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.