06 oktyabr 2023 11:43
259

Səməd Seyidov: Avropa Parlamentinin qərəzli qətnaməsi qorxaqlıq və gücsüzlük göstəricisidir

“Avropa Parlamentinin qərəzli qətnaməsi qorxaqlıq, gücsüzlük, islamafob qətnamədir”.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin payız sessiyasının oktyabrın 6-da keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə müdaxilə etmək imkanları əlindən alınıb: “Bu qətnamə həmin qüvvələrin gücsüzlüyünü, qorxaqlığını göstərən qətnamədir. Heç bir qətnamə Azərbaycana təsir edə bilməz. Bu qətnamə də əvvəlki qətnamələr kimi tarixin zibilliyinə atılacaq”.