06 oktyabr 2023 11:44
258

Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələrimiz mövcuddur - Serbiya Milli Assambleyasının sədri

"Serbiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələri mövcuddur".

“İki sahil” xəbər verir ki, bunu Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Görüşdə Azərbaycan ilə Serbiyanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində haqlı mövqelərini dəstəklədikləri qeyd edilib.

Bundan əlavə, münasibətlərin strateji tərəfdaşlıq prinsiplərinə, qarşılıqlı anlaşma və qarşılıqlı hörmətə əsaslandığı vurğulanıb, parlamentlərarası əlaqələrin və parlamentlərarası beynəlxalq təşkilatlarda əməkdaşlın vacibliyi vurğulanıb.