08 oktyabr 2023 15:10
333

Dövlət başçısı: Yaşıl enerji dəhlizi layihəsi həm bizim, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək

“Energetİka sahəsində də ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən yaşıl enerji dəhlizi layihəsidir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşdən sonra mətbuata bəyanatda deyib.

Dövlət başçısı bildirib ki, burada da biz yenə də Gürcüstan və Azərbaycan - iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik: “Yaxın aylarda bu layihənin texniki, iqtisadi əsaslandırılması hazır olacaq. Ondan sonra əminəm ki, konkret işlərə start verə bilərik. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur. Və beləliklə yaşıl enerji dəhlizi, enerji kabeli inşa edilərək həm bizim, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək”.