09 oktyabr 2023 10:43
291

BMT missiyası növbəti dəfə Qarabağa gəlib

BMT missiyası növbəti dəfə Qarabağa gəlib.

“İki sahil” xəbər verir ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.

Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.

Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.

Qeyd edək ki, BMT missiyası oktyabrın 1-də də Qarabağa səfər edib./apa/