09 oktyabr 2023 11:08
240

Lavrovun müavini: Rusiya, Aİ və ABŞ Ermənistan-Azərbaycan normallaşması üzrə birgə işləyə bilər

Rusiya, Avropa İttifaqı və ABŞ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üzərində birgə fəaliyyət göstərə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində bildirib.

Qaluzin qeyd edib ki, Qərb Moskvanın vasitəçiliyi ilə əldə edilən nailiyyətləri nəzərə alsa, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üzərində Rusiya, Avropa İttifaqı və ABŞ birgə fəaliyyət göstərə bilər.