İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Nurəhməd Hacıbəy oğlu Ulubəyovun şəhadətə ucaldığı gündən 3 il ötür.
Qeyd edək ki, şəhid SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşı olub. II Fəxri Xiyabanda baş tutan anım mərasimində «Azəriqaz» İB-in Baş direktorunun Əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev, ictimaiyyət nümayəndələri, şəhidin ailəsi və yaxınları iştirak ediblər. Daha sonra şəhidin vaxtı ilə yaşadığı binanın həyətində inşa olunan abidəsi ziyarət edilib.
Elçin Zaman, «İki sahil»