09 oktyabr 2023 11:39
251

Azərbaycan XİN: İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil

“İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil”.

“İki sahil” xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə deyib.

O bildirib ki, İsraildən çıxmaq istəyənlər və bununla bağlı müraciət edənlər azdır: “Onlar da müntəzəm reyslərlə Azərbaycana gəlirlər. Yəni hələ ki təxliyəyə ehtiyac yoxdur. Belə bir məsələ nəzərdə tutulmayıb”.