Gürcüstan parlamentinin Baş katibi Ketevan Kvinikadzenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərə gəlib.
“İki sahil” xəbər verir ki, nümayəndə heyəti oktyabrın 9-da Şəhidlər xiyabanını ziyarət edib.
Nümayəndə heyətinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.