09 oktyabr 2023 19:37
343

Şimali Kiprin xarici işlər naziri Azərbaycana gəlib

Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu Azərbaycanda səfərdədir.

“İki sahil” xəbər verir ki, o, sabah Şuşada keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının 27-ci Nazirlər Şurasının iclasında iştirak etmək üçün Azərbaycana gəlib.