10 oktyabr 2023 15:24
247

ABŞ səfirliyi: Münasibətlərin normallaşması üçün Azərbaycan və Ermənistan arasında dialoq lazımdır

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün ölkələr arasında dialoq aparılmalıdır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində yazılıb.

“Ötən gün Bakıda olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Cənubi Qafqazda davamlı və ləyaqətli sülhün əldə edilməsində ABŞ-ın Azərbaycan və Ermənistana dəstəyini müzakirə etmək üçün yüksək vəzifəli şəxslərlə görüşüb. Münasibətlərin normallaşması üçün tərəflər arasında dialoq lazımdır” - paylaşımda bildirilib.