11 oktyabr 2023 11:11
971

“SOCAR Türkiyə” “Keyfiyyət günləri” konfransı keçirib

“SOCAR Türkiyə”nin ev sahibliyi ilə İzmirdə “Keyfiyyət günləri” konfransı keçirilib.

“SOCAR Türkiyə”dən "İki sahil"ə verilən məlumata görə, tədbirdə keyfiyyət sistemləri və iş dünyasındakı müvəffəqiyyətlə bağlı əsas məsələlərin müzakirə edilib.

“Keyfiyyət İdarəetmə Sistemlərinin Gələcəyi”, “Proses yanaşmasında və Keyfiyyət İdarəetmə Əlaqələrində Yeni Trendlər” və “Keyfiyyət İdarəetmə Sistemlərinin İnteqrasiyası ilə Yaranan Dəyər” kimi mövzuların müzakirə edildiyi tədbirdə məruzəçilər müxtəlif sahələr üzrə öz təcrübələrini bölüşüblər.

Konfrans sessiyalarla öz işini yekunlaşdırıb.

Orxan Vahidoğlu, "İki sahil"