16 oktyabr 2023 12:43
1507

Ruslan Əliyev qazilərlə görüşüb - FOTO

SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevin Gəncə-Göygöl rayonlarına səfərləri çərçivəsində Göygöl rayon icra hakimiyyətinin rəhbər şəxsləri ilə birgə Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin qazi üzvləri ilə görüşü keçirilib. Baş direktor görüş zamanı qazilərin qayğıları ilə yaxından maraqlanıb, onların təklif və təşşəbüslərini dinləyib.

Eyni zamanda, Ruslan Əliyevin digər görüşü  Gəncə Regional Qaz Qaz İdarəsində (RQİİ) çalışan əməkdaşlarla reallaşıb. Görüşdə Baş direktor nəzarətçi-çilingərlərin iş prosesində qarşılaşdıqları problemlər dinləyib, həmçinin onların sosial və təhlükəsiz iş şəraiti ilə maraqlanıb.   Daha sonra Gəncə RQİİ-nin müxtəlif Xidmət Sahələrindən olmaqla ümumilikdə 10 nəfər əməkdaşı nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə təltif olunublar

Elçin Zaman, «İki sahil»