Tovuzda sahibkarların təbii qazla bağlı problem və təklifləri dinlənilib
SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin Şəmkir Regional Qaz İstismar İdarəsinin (RQİİ) rəhbərliyi Tovuz rayonunun Dönük Qırıqlı kəndində keçirilən »Açıq mikrofon» aksiyası zamanı mikrofon sahibkarların təbii qazla bağlı problem və təkliflərini dinləyib. Sahibkarlar 2023-cü ildə bu il də yaranan borcun hissə-hissə ödənilməsi üçün güzəşt olunmasını xahiş ediblər.Şəmkir RQİİ-nin məsul şəxsləri Birlik tərəfindən sahibkarlığın inkişafına dəstək olmaq məqsədi ilə qurumun səlahiyyətləri çərçivəsində sahibkarlıq subyektlərinə lazımi dəstəyin göstəriləcəyini qeyd ediblər. Görüşdə Birlik rəsmiləri ilə yanaşı, KOBİA-nın məsul şəxsləri də iştirak ediblər.
Qeyd edək ki, «Azəriqaz» İB-in rəhbərliyi ölkədə sahibkarlığın inkişafına dair Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq daim iş adamlarına dəstəyini göstərib.
Elçin Zaman, «İki sahil»
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR