20 oktyabr 2023 12:01
780

“Heydər Əliyev və Prezident Təqaüdçüləri: gələcəyə ünvanlanan strategiya” mövzusunda tədbir keçirilir

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Tədbirlər Planı”na uyğun olaraq 20 oktyabr 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Prezident Təqaüdçüləri: gələcəyə ünvanlanan strategiya” mövzusunda tədbir keçirilir.

“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədrin müavini Namiq Babayev, ali təhsil müəssisələrinin rektorları, 2001 və 2002-ci illərdə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş və ümummilli lider H.Əliyevlə görüşən ilk Prezident təqaüdçüləri, 2023-cü ildə keçirilmiş qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərmiş və Prezident təqaüdünə layiq görülən birinci kurs, həmçinin ali təhsil müəssisələrinin Prezident təqaüdünü qoruyub saxlayan yuxarı kurs tələbələri və qəbul nəticələri yüksək olan ümumtəhsil müəssisələrinin direktorları iştirak edir.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra ümummilli lider H.Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.