Ruslan Əliyev: İmzalanan müqavilə yerli sahibkarlığın stimullaşdırılmasına və abonent məmnunluğunun yaradılmasına xidmət edəcək
Bunu SOCAR "Azəriqaz"ın İstehsalat Birliyinin (İB)Baş direktoru Ruslan Əliyev hər həftənin cümə günü jurnalistlər üçün keçirilən «Açıq qapı" aksiyasında bildirib.
Onun sözlərinə görə, bu məqsədlə “Gəncə Cihazqayırma Zavodu” ASC ilə müvafiq müqavilə imzalanıb. Sənəd “Azəriqaz”ın Baş direktoru Ruslan Əliyev və ASC-nin icraçı direktoru Ayət Bağırov tərəfindən imzalanıb.
Tədbirdə Ruslan Əliyev bildirib ki, bu gündən etibarən istehsalata verilən sayğaclar yerli sayğaclar olacaq, istehsalçı da “Gəncə Cihazqayırma Zavodu”dur.
Onun sözlərinə görə, 2023-cü ilin qalan sayğac miqdarı və 2024-cü il üzrə müəyyən sayğac miqdarı “Gəncə Cihazqayırma Zavodu” nun istehsalı hesabına olacaq.
Qeyd olunub ki, imzalanan müqavilə yerli sahibkarlığın stimullaşdırılması, “Azəriqaz” İB üçün sayğaclarla bağlı olan məsələlərdə əlçatanlılığı (servis, logistika, məsafə yaxınlığı və s.) təmin etməklə, nəticədə abonentlərin məmnunluğuna xidmət edəcək.
Bildirilib ki, iki qurum arasında imzalanan müqavilə 290 minə yaxın qaz sayğacının istehsalını nəzərdə tutur.
Elçin Zaman, «İki sahil»
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR