23 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Xəzər Universiteti arasında Əməkdaşlıq Sazişi imzalanıb.
“İki sahil” xəbər verir ki, SOCAR-ın Baş ofisində təşkil olunan imzalanma mərasimindən öncə qonaqlar Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Nefti sərgisi ilə tanış olublar.
Tədbirdə SOCAR-ın vitse-prezidenti Arzu Cavadova çıxış edərək qonaqları salamlayıb və Sazişin önəmini qeyd edib. Sənədin gələcək mühəndislərin hazırlanmasına, tələbələrin neft-qaz sənayesinə marağının artmasına verəcəyi töhfələrdən bəhs edən vitse-prezident əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib.
Xəzər Universitetinin rektoru İradə Xəlilova tədbirin təşkilinə görə SOCAR-ın rəhbərliyinə təşəkkürünü bildirib, ölkəmizin neft sənayesinin əldə etdiyi tarixi nailiyyətləri vurğulayıb. Universitetin əsas strateji yol xəritələrindən birinin təhsil və sənaye arasında sıx əlaqələrin yaradılması olduğunu söyləyən rektor bu gün SOCAR ilə əməkdaşlığın qurulması ilə bu istiqamətdə önəmli addımın atıldığını diqqətə çatdırıb.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR