30 oktyabr 2023 16:28
752

Musiqi Forumunun ikinci günündə iki panel müzakirəsi keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk dəfə keçirilən Musiqi Forumunun növbəti günü çərçivəsində iki panel müzakirəsi keçirilib.

“İki sahil” xəbər verir ki, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə baş tutan forumda dövlət rəsmiləri, ölkənin tanınmış musiqiçiləri iştirak edib.

Forumun ikinci günündə "Milli musiqi sənayesinin inkişafı" və "Milli mədəni ənənələrin qlobal miqyasda təbliği" mövzuları ətrafında müzakirələr baş tutub.

Müzakirələr zamanı panel mövzularına uyğun təklif və tövsiyələr irəli sürülüb.

İkinci paneldə Türkiyə, Rusiya, Yunanıstan, Danimarka kimi ölkələrdən musiqi mütəxəssisləri iştirak edib.

Forum öz işinə sabah yekun vuracaq.

Xatırladaq ki, bundan öncə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Teatr, Kino və Azərbaycan dili və ədəbiyyatı Forumları da keçirilib.