Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni istiqrazlarına görə 8-ci kupon ödənişi həyata keçirilib.
“İki sahil” bu barədə Milli Depozit Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, istiqraz sahiblərinə daha 1,125 milyon ABŞ dolları ödənilib və investorların ümumi gəliri 9 milyon dollara yüksəlib.
Qarşıda daha 12 kupon ödənişi və 13,5 milyon dollar məbləğində gəlir istiqraz sahiblərini gözləyir.
Xatırladaq ki, nominal dəyəri 1 000 dollar olan 100 min ədəd istiqrazın tədavül müddəti 5 il, illik gəlirliliyi isə 4,5%-dir. Faizlər rübdə bir dəfə ödənilir.
SOCAR istiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə etmək mümkündür.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR