Bu gün Tbilisidə, SOCAR-ın Gürcüstan nümayəndəliyində 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirləri - Faiq Quliyev və Ali Kaan Orbay, dost ölkələrin hərbi attaşeləri, diplomatlar, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, Marneuli şəhərinin meri Kənan Ömərov, Azərbaycan, Gürcüstan və Türkiyənin iş adamları, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi zamanı canlarından keçmiş Gürcüstandan olan şəhidlərin ailə üzvləri və yaxınları, din xadimləri iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Tədbirdə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə barədə danışılıb, bu tarixi nailiyyəti şərtləndirən əsas amillər barədə məlumat verilib.
Tədbirdə həmçinin gürcü məktəblisi Məhəmməd Qasımovun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi "O, bir dahidir" kitabının təqdimatı olub. Daha sonra "Oğul" sənədli filmi nümayiş etdirilib. Bildirilib ki, Birinci Qarabağ müharibəsindən, xüsusilə Xocalı soyqırımından bəhs edən bu film xarici ölkələrdə ilk dəfə Gürcüstanda nümayiş etdirilib.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR