Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Venesuela Bolivar Respublikası arasında enerji sektorunda qarşılıqlı əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri müzakirə olunub.
“İki sahil”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu barədə SOCAR prezidenti Rövşən Nəcəfin Venesuelanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüşündə məlum olub.
Görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri barədə məlumat verilib, SOCAR-ın çoxşaxəli fəaliyyəti və uzunmüddətli strateji hədəflərindən bəhs edilib.
Görüş çərçivəsində SOCAR ilə Venesuela şirkətləri arasında neft-qaz sektorunda əməkdaşlıq, karbohidrogen ehtiyatların işlənməsi, habelə dekarbonizasiya və kadrların hazırlanması sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR