17 noyabr 2023 14:12
239

İlin sonuna qədər Bakı ilə sülh sazişi imzalana bilər- Erməni deputat

“Ermənistanla Azərbaycan arasında sülh sazişi bu ilin sonuna qədər imzalana bilər”.

“İki sahil” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu parlamentin hakim “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovanniyan brifinq zamanı bildirib.

“Ermənistan tərəfi bunun üçün hər şeyi edəcək”, - deputat qeyd edib.

Hakim fraksiyadan olan deputat Gevorq Papoyan isə bildirib ki, Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinin bir hissəsi kimi qarşıda çətin diplomatik iş dayanır.