17 noyabr 2023 18:34
283

Azərbaycan və İranın Türkiyədəki səfirləri görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov İranın Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibullahzadə ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.

Qeyd edilib ki, görüş Azərbaycan səfirliyində baş tutub.

Tərəflər Azərbaycan-İran əlaqələrindən danışıb, regional məsələlər barədə müzakirə aparıblar.