17 noyabr 2023 19:43
656

 Ruslan Əliyev nümunəvi əməkdaşları mükafatlandırıb FOTO

SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev noyabrın 17-də Bakının və Abşeonun fasiləsiz qaz təminatı prosesində    səmərəli  fəaliyyət göstərən Bakı Regional Qaz İstismarı və Bakı Regional Qazın Satışı Departamentlərinin əməkdaşları ilə görüşüb.

Görüşdə çıxış edən baş direktor bildirib ki, hər iki kollektivin  peşəkarl və işgüzar əməkdaşları öz işlərini uğurla yerinə yetirirlər: « Bu gün sözügedən əməkdaşlarımızla  görüşümüz baş tutdu. Görüş zamanı nəzarətçi-çilingərlərin#iş prosesində qarşılaşdıqları problemləri, həmçinin təklifləri dinlənildikdən sonra səslənən bu və ya digər məsələlər barəsində ətraflı məlumat verildi. Hər iki departamentdə çalışan ümumilikdə 30 əməkdaşımız tərəfimizdən faydalı işinə və nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyələrlə təltif olundu. Onlara məsuliyyətli işlərində bir daha uğurlar arzulayırıq.»

Qeyd edək ki, Ruslan Əliyev istər rayonlarda, istərsə də paytaxtda   «Azəriqaz» İB-in əməkdaşları ilə mütəmadi görülər keçirərək onların problem və təklifləri ilə yaxından tanış olur. Bu isə əməkdaşların işgüzar mühitdə və daha səmərəli şəkildə işlmələrinə yeni stimul verir.

Elçin Zaman, «İki sahil»