Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda nəhəng bərpa və quruculuq işləri aparır. Azərbaycan tərəfindən təklif gələrsə, düşünürəm ki, bu, bizim biznes sahəsi üzrə fəaliyyət göstərən təşkilatlarımızı maraqlandıra bilər.
“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Latviyanın ölkəmizdəki səfiri Edqars Skuya deyib.
Diplomat işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində latviyalı mütəxəssislərin də iştirak etdiklərini bildirib.
Latviyanın bu sahədə müəyyən təcrübəsi olduğunu diqqətə çatdıran E.Skuya ərazilərin minalardan təmizlənməsi işinin çox mürəkkəb və uzunmüddətli proses olduğunu xatırladıb.