20 noyabr 2023 01:28
489

Cənubi Qafqazın ən böyük siyasi partiyası

31 il əvvəl – 1992-ci ilin noyabrın 21-də gənc respublikamızda çox əlamətdar hadisə baş vermişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və Sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Gənc dövlətimiz üçün Yeni Azərbaycan Partiyasının yaranması dönüş nöqtəsi oldu. Müharibə şəraitində yaşayan, cəbhədə hərbi uğursuzluqların olması cəmiyyətimiz üçün böyük bir sarsıntı idi. 1992-ci ilin mayında Şuşa və Laçının işğalı çox böyük bir faciə idi. İqtidarda olan rəhbərlərin müstəqilliyi saxlamağa gücü çatmırdı. İqtidarın bacarıqsızlığı, peşəkarsızlığı, xəyanəti nəticəsində demək olar ki, müstəqillliyimiz əldən gedirdi. Belə bir çətin vəziyyətdə cəmiyyətimizin ziyalıları, hörmətli insanlarımız Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılmağı haqqında qərara gəlmişdir. 

Yeni Azərbaycan Partiyasının təsis konfrasının Naxçıvanda keçirilməsinin səbəbi, həmin dövrdə o vaxtki iqtidar nümayəndələrinin bu tədbirin Bakıda keçirilməsinə imkan verməməsi idi.  Yeni Azərbaycan Partiyasının yaradılmasında məqsəd Azərbaycan Respublikasını mövcud böhrandan xilas etmək idi.  Təsis konfransında partiyanın yaradılması haqqında qərar, onun proqramı və nizamnaməsi qəbul edildi. Yeni Azərbaycan Partiyası parlament tipli partiyadır və qəbul ettiyi proqramına uyğun olaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirməsinə , vətəndaşların hüquq bərabərliyinin təmin edilməsinə, demokratik , hüquqi dövlət yaradılmasına xidmət edir.
Ən mühüm məsələ - Qarabağ probleminin həll edilməsi, ölkənin müharibə vəziyyətindən çıxarılması idi. Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ümumxalq partiyasına çevrilmişdir. Bu gün Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilmişdir. 1993-cü ildə ölkəni bürüyən xaosdan yalnız Heydər Əliyev dühası çıxara bilərdi. Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər ölkədə vəziyyəti sabitləşdirdi və ölkəmizin inkişaf yoluna qədəm qoymasına şərait yaratdı.  Ölkədə ciddi islahatlar aparıldı. Sabitlik bərpa olundu, dünya birliyinə inteqrasiya etməyə başladıq.

Bu gün Heydər Əliyev siyasəti davam etdirilir. İstər iqtisadi, istərsə siyasi sahələrdə uğurlar əldə etmişik. Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətini Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyev davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyətini davam etdirir. Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunu müasir dövrün reallıqlarına uyğun davam etdirən Prezident İlham Əliyevib rəhbərliyi ilə xalqımız tarixi nailiyyətlərə imza atır. “ Mən hər bir azərbaycanlının Prezidenti olacam.” – deyən İlham Əliyev doğurdan da hər bir azərbaycanlının Prezidentinə çevrilib. 
Prezident İlham Əliyev uğurlu, gərgin fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyi daha da möhkəmlənib, ərazi bütövlüyümüz bərpa edilib.  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir və Onun rəhbəri olduğu Yeni Azərbaycan Partiyası tarixi sınaqlardan uğurla çıxır.
Azərbaycan Respublikasının Prezidenti ölkənin ən böyük problemi olan Qarabağ məsələsini həll etməklə, özünün böyük sərkərdəlik, dövlətimizin gücünü bütün dünyaya göstərdi. Torpaqlarımız 30 illik işğaldan sonra  azad olundu. Bu gün həmin torpaqlarda abadlıq, quruculuq işləri görülür. 30 il Ermənistanın xarabalığa çevirdiyi ərazilərimiz indi çiçəklənir.  Yeni Azərbaucan Partiyası Azərbaycanın çiçəklənməsi yolunda şərəfli missiyasını uğurla davam etdirir.

Rövşanə Hacıyeva,
YAP Xətai  rayon təşkilatının "8 noyabr prospekti 159" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü