"ABŞ, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri "Abzas media"nın qanunsuz maliyyələşdirilməsində iştirak edib"
“İki sahil” xəbər verir ki, bu barədə noyabrın 28-də ABŞ-nin və Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılarkən bildirilib.
Görüşlərdə, bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib.
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, “AbzasMedia”nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub.
Qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyə əsasən qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır