28 noyabr 2023 16:23
424

Ağdaşda “Heydər Əliyev İli” çərçivəsində görüş keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Yuxarı Ləki kənd ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Böyük azərbaycanlı”  mövzusunda görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüş iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov ulu öndərin həyat və fəaliyyəti haqqında danışıb, xalqımızın öz xilaskarını heç zaman unutmayacağını bildirib. Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətimiz naminə misilsiz işlər gördüyü və ömrünü Azərbaycan xalqına xidmətə həsr etdiyi vurğulanıb.

Görüşdə çıxış edən partiya fəalları Yeni Azərbaycan Partiyasının banisi, dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizi və xalqımızı böyük bəlalardan xilas etdiyini və bugünkü güclü Azərbaycan dövlətinin təməlində Ulu Öndərin həyata keçirdiyi düşünülmüş siyasətin dayandığını qeyd ediblər. Partiya fəalları bildiriblər ki, ölkəmizin gələcək inkişafı naminə hər zaman Prezident İlham Əliyevin ətrafında birləşəcək və öz vətəndaşlıq borclarını layiqincə yerinə yetirəcəklər.