28 noyabr 2023 18:05
193

HƏMAS Qəzzada atəşkəsi pozub

HƏMAS Qəzzada razılaşdırılmış atəşkəsi pozub.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, 1 saat ərzində Qəzza zolağında 3 partlayıcı qurğu işə salınıb.

Bildirilib ki, İsrail ordusu atəşkəsə əməl etməkdə davam edir.

Xatırladaq ki, HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən razılaşmaya əsasən noyabrın 24-də Qəzza sektorunda dördgünlük atəşkəs rejimi qüvvəyə minib.

Qeyd edək ki, Yaxın Şərqdə müharibə bu il oktyabrın 7-ə başlayıb.