29 noyabr 2023 12:39
170

“Utair” Azərbaycana uçuşların tezliyini artırır

Rusiyanın “Utair” aviaşirkəti Azərbaycanın üç şəhərinə - Bakı, Gəncə və Naxçıvana uçuşları payız-qış cədvəlinə daxil edərək, il boyu bu marşrutlar üzrə reyslər həyata keçirməyi planlaşdırır.

"İki sahil"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu şəhərlərə uçuşlar Moskvadan və Rusiya regionlarından həyata keçiriləcək.

“Utair” şirkətinin Sərnişin Hava Yollarının prezidenti Oleq Semenov bildirib ki, bir il əvvəl şirkət Azərbaycanın şəhərlərinə uçuş proqramını xeyli genişləndirib: “Rusiyanın Sankt-Peterburq, Samara, Ufa şəhərlərindən Bakıya, eləcə də Moskvadan Gəncə və Naxçıvana uçuşlar həyata keçirilib. Biz uçuşların tezliyini artırmağı planlaşdırırıq və bütün il boyu bu marşrutlar üzrə uçuşlar həyata keçiriləcək”.

Bildirilir ki, “Utair”in reysləri payız-qış cədvəlinə əsasən Bakıya reyslər Qroznı, Moskva, Samara, Sankt-Peterburq, Surqut, Tümen və Ufa şəhərlərindən yerinə yetiriləcək, Gəncə və Naxçıvana isə uçuşlar Moskvadan həyata keçiriləcək.

Məlumatda deyilir ki, artıq aviaşirkət biletləri satışa çıxarıb.