29 noyabr 2023 13:19
543

Heydər Əliyevin 100 illiyinə həsr olunan turnir keçirilib- FOTO

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan güc idman növləri üzrə üçüncü turnir keçirilib.

Azərbaycan Stronqmen Federasiyasından “İki sahil”ə verilən məlumata görə, yarışda 150-dən çox atlet üç növdə - "strict curl", "deadlift" və "log lift"də güclərini sınayıblar.

Müxtəlif yaş kateqoriyası üzrə təşkil olunan turnirdə qadınlar və sağlamlıq imkanları məhdud idmançılar da mübarizə aparıblar.

"Strict curl" üzrə böyüklərin mübarizəsində Əli Tayirov (60 kq), Ayxan Həşimov (67,5 kq), Xansu Müslimov (82,5 kq), Sənan Şükürov (90 kq), Səbuhi Tağızadə (100 kq), Mikayıl Cəfərov (110 kq) və Surət Pirnəzərov (125 kq) bütün rəqiblərinə qalib gələrək birinci olublar.

"Deadlift" üzrə Tacir Məcdunov (70 kq), Sadiq Kamilov (80 kq), Roman Əhmədov (90 kq), Ziyad Cabarov (100 kq), Seymur Quliyev (110 kq) və Nicat Xosrovzadə (+110 kq) qızıl medal qazanıblar.

"Log lift" yarışlarında Vadim Yelenov (80 kq), Sahib Bağırov (95 kq) və Cavid Abbasov (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. S.Bağırov 130 kq nəticə ilə Azərbaycan rekordunu müəyyənləşdirib.

Turnirdə 44 günlük Vətən müharibəsi qazisi Polad Rzayev də iştirak edib. Azərbaycan Stronqmen Federasiyasının vitse-prezidenti Namiq Cəfərovun rəhbərliyi altında hazırlıq keçən idmançı uğurlu çıxışı ilə diqqət çəkib.