29 noyabr 2023 15:30
174

Tbilisidə Azərbaycanla Ermənistan arasında sülh sazişinə dair məsələ müzakirə edilib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tbilisidə Azərbaycanla sülh sazişini müzakirə edib.

“İki sahil” xəbər verir ki, məlumatı Gürcüstan KİV-i yayıb.

Məlumata görə, Şalva Papuaşvili regionda sülhün bərqərar olmasına səy göstərməyə hazır olduqlarını bildirib.

Armen Qriqoryan parlament sədrini Avropa Komissiyasının Gürcüstanın Aİ-yə üzvlüyünə verdiyi müsbət qiymətə görə təbrik edib.