04 dekabr 2023 02:20
251

Filippin sahillərində növbəti zəlzələ qeydə alınıb

Filippin sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 6,3 min nəfər əhalisi olan Taqo şəhərindən 44 km şərqdə yerləşib. Zəlzələnin ocağı 31 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Qeyd edək ki, dekabrın 2-də Filippində 7,4 bal gücündə zəlzələ baş verib . Bundan sonra ölkənin cənub-şərqində, eləcə də Yaponiyada sunami təhlükəsi elan edilib. Bundan əlavə, seysmoloqlar maqnitudası 3,0-5,6 arasında dəyişən ən azı 14 yeraltı təkan qeydə alıblar.