23 oktyabr 2024 14:22
82

Dünyada çoxqütblü model yaranır - Putin

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, biznes fəaliyyətinin mərkəzi inkişaf etməkdə olan bazarlara doğru dəyişir. Bununla belə, inkişaf etmiş ölkələrdə artan borc yükü səbəbindən böhran potensialı qalır.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki,  o, bu sözləri Kazanda keçirilən BRİKS sammitində səsləndirib.

Putinin sözlərinə görə, dünyada “yeni artım dalğasını başlatan” çoxqütblü model yaranır. Bu, ilk növbədə Qlobal Cənub, Şərq və BRİKS dövlətləri ilə bağlıdır: “Lakin əhəmiyyətli böhran potensialı qalmaqdadır. Məsələ təkcə geosiyasi gərginliyin getdikcə artmasında deyil, inkişaf etmiş ölkələrdə borc yükünün xroniki artımının davam etməsindədir. Birtərəfli sanksiyalar, proteksionizm və haqsız rəqabət praktikası genişlənir. Bunun birbaşa nəticəsidir ki, beynəlxalq ticarət və xarici investisiya bazarında, xüsusən də inkişaf etməkdə olan ölkələrdə parçalanma var.”