10 dekabr 2023 13:34
242

2024-cü il türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb

Mədəniyyət naziri Adil Kərimli Türk Dünyası Mədəniyyət Nazirləri Daimi Şurasının dövr sədrliyi simvolunu Türkmənistan mədəniyyət naziri Atagəldi Şamuradova təqdim edib.

“İki sahil” xəbər verir ki, həmçinin Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tərəfindən 2024-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı"nın estafetinin Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülməsini bildirən simvol Anev şəhərinin bələdiyyə sədri Rövşən Cumayevə təqdim edilib.

Bununla da 2024-cü il türk dünyasının mədəniyyət paytaxtı Türkmənistanın Anev şəhərinə ötürülüb.