11 dekabr 2023 09:55
188

Son iki ilin rekordu təkrarlandı

Misli Premyer Liqasının XVI turunda 19 qol vurulub. “Sumqayıt” – “Qarabağ” oyununda (1:6) yeddi, “Neftçi” – “Turan Tovuz” matçında (3:2) beş, “Sabah” – “Səbail” görüşündə (4:0) dörd, “Qəbələ” – “Kəpəz” qarşılaşmasında (0:3) üç qol qeydə alınıb. Yalnız “Zirə” ilə “Araz-Naxçıvan”ın dueli qolsuz bitib.

“İki sahil” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, orta məhsuldarlıq 3,80-ə bərabər olub. Bu, həm 2023/24 mövsümünün, həm də son iki ilin rekordunun təkrarıdır. Cari çempionatın X turunda da 19 qol vurulub. Oktyabrın 20-22-dəki matçların orta məhsuldarlığı 3,80-ə bərabərdir.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 25 ay əvvəl təsadüf olunub. 2021/22 mövsümünün X