11 dekabr 2023 16:03
187

İsveç hökuməti Ukraynaya yeni yardım paketini tezliklə elan edəcək

İsveç hökuməti Ukraynaya 1,4 milyard kron (134 milyon dollar) məbləğində yeni yardım paketi ayıracağını tezliklə elan edəcək.

"İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçin baş naziri Ulf Kristersson dekabrın 11-də mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu, İsveçin Ukraynaya indiyə qədər ikitərəfli yardımı çərçivəsində ən böyük dəstəyidir. Baş nazir bildirib ki, göstərilən məbləğin 86 milyon dolları Ukraynanın əsas infrastrukturunu - enerji, mənzil, səhiyyə və nəqliyyat sahələrini dəstəkləmək üçün Dünya Bankı tərəfindən yaradılan fonda ayrılacaq: “Daha 300 milyon kron (28,7 milyon dollar) Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yaradılmış Ukrayna üçün Ətraf Mühit və Enerji Fondunun hesabına köçürüləcək”.

Bildirilib ki, 9,6 milyon dollar BMT-nin ərzaq proqramlarına, 7,2 milyon dollar məktəb və uşaq bağçalarında sığınacaqların tikintisi üçün YUNESCO-ya gedəcək, 2,4 milyon dollar isə müdafiə və fövqəladə hallar, mülki idarəetmə kanalları vasitəsilə bölüşdürüləcək.