Ötən əsrin 80-ci illərindən bu günümüzədək Kürdəmir rayonunun Qarasaqqallı kənd sakinlərini mavi yanacaqla təmin edən bu qaz xətləri artıq bir neçə aydan sonra tarixə qovuşacaq.
“Azəriqaz” İB-dən «İki sahil»ə verilən məlumata görə, artıq istismara yararsız hesab edilən qaz xətlərinin yenisi ilə əvəzlənməsi prosesi başa çatmaq üzrədir. Qeyd edək ki, 350-dək abonentin yararlandığı qaz xətlərinin yenilənməsi işlərinə cari ilin əvvəlindən başlanılıb .
İstismara yararsız qaz xətlərinin yenilənməsi prosesi təkcə kəndlərdə deyil, həm də digər rayon mərkəzlərində də həyata keçirilir. Buna misal olaraq Göyçay rayonunun mərkəzi küçələrində görülən işləri çəkib göstərmək mümkündür. Qeyd edək ki, istismara yararsız qaz xətlərinin yenisi ilə əvəzlənməsi prosesi SOCAR-ın “Azəriqaz” İB tərəfindən plana uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.
Elçin Zaman, «İki sahil»
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR