Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə “SOCAR Türkiyə” şirkəti ölkəmizə 18,2 milyard dollarlıq bir yatırım edib.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Nevzat Şatıroğlu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya forumunun panel çıxışı zamanı deyib.
O bildirib ki, bu, Türkiyə üçün çox əhəmiyyətli bir investisiyadır.
N.Şatıroğlu qeyd edib ki, Türkiyə həm Azərbaycanın işğaldan azad olunan ərazilərdə, həm də Naxçıvanda “yaşıl enerji” ilə bağlı müxtəlif layihələrin icrasına dəstək olacaq.
Nazir müavini 2023-cü ildə təməli qoyulan İğdır-Naxçıvan təbii qaz boru kəmərinin rolundan danışaraq qeyd edib ki, bununla Naxçıvanın enerji baxımdan təhlükəsizliyi artacaq.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR