21 dekabr 2023 17:19
1748

AMEA Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin “Heydər Əliyev İli”nin yekunlarına həsr olunan “Əbədiyyətin əbədi ünvanı” mövzusunda genişləndirilmiş iclası keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdən öncə “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın bölmələrində, elmi müəssisə və təşkilatlarında işıq üzü görmüş nəşr və rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıq olub.

İclası açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Heydər Əliyev İli” çərçivəsində akademiyada keçirilən tədbirlərdən danışıb.

Akademik AMEA-da Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş çoxsaylı monoqrafiya və elmi tədqiqat materiallarının hazırlandığını da diqqətə çatdırıb.

Sonra AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva “Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti akademik tədqiqatlarda”, Milli Məclisinin deputatı tarix elmləri doktoru Fəzail Ağamalı “Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin banisidir” mövzusunda məruzələrlə çıxış ediblər.