22 dekabr 2023 13:44
264

Bakıda "Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf" mövzusunda konfrans keçirilib- YENİLƏNİB

Bu gün Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT), Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə Bakıda “Dekolonizasiya dialoqları: nəticələr, çətinliklər və nailiyyətlər” mövzusunda tədbir keçirilib.

“İki sahil”in xəbərinə görə, tədbirin açılış mərasimi Azərbaycan Milli Məclisinin Aparat rəhbərinin müavini Rüstəm Mahmudovun nitqi ilə başlayıb. Ardınca, Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov çıxış edib.

Açılış mərasimi QHGT-nin baş katibi Leyla Həsənovanın nitqi ilə yekunlaşıb.

Tədbir panel müzakirələr formatında davam edib. "Müstəmləkəçiliyin mirası və müasir kontekstdə dekolonizasiya siyasəti" mövzusunda keçirilən müzakirədə deputat Tural Gəncəliyev, Meksikanın Azərbaycandakı sabiq səfiri və ADA Universitetinin professoru Juan Rodrigo Labardini, Yeni Kaledoniyanın Rəssamlar Assosiasiyasının prezidenti Alex Loic Oue Toura və Fransa Qvianasının Dekolonizasiya və Sosial Qurtuluş Hərəkatının üzvü Brice Noel Epailly panelist qismində çıxış ediblər.

“Nəsillərarası davamlılığın yetişdirilməsi: dekolonizasiya və post-müstəmləkə cəmiyyətlərinin formalaşdırılmasında gənclərin rolu” mövzusuna həsr olunmuş ikinci müzakirənin panelində Cibuti Respublikasının Milli Assambleyasının üzvü və Cibuti parlamentində Cibuti-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Ilaya Ismael Geuedi, Yeni Kaledoniyanın “Populyar Nəşrlər” Assosiasiyasının prezidenti xanım Brenda Hanthipe Wanabe, Fransa Qvianasının Dekolonizasiya və Sosial Qurtuluş Hərəkatının üzvü Edel Thadal, ADA Universitetinin tələbəsi Ignace Urchil Loko Uako Mbouamboua iştirak ediblər.

Tədbir bağlanış mərasimi ilə sona çatıb. QHGT-nin baş katibi Leyla Həsənova bağlanış mərasimində tədbirdə iştirak edən ekspertlər və qonaqlara təşəkkürünü ifadə edib.