SOCAR-ın Bakı Ali Neft Məktəbində "PAŞA Sığorta" şirkətinin keçirdiyi Hakaton müsabiqəsinin qaliblərinin adları açıqlanıb və onların mükafatları təqdim olunub.
“İki sahil” xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və "PAŞA Sığorta" şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova iştirakçılara təşəkkür edib və qalibləri təbrik edərək onlara uğurlar arzulayıblar.
Sonra qalib komandaların adları açıqlanıb. I yerin qalibi Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri İsmayıl Məmmədzadə, Əli Məhərrəmli və Nadir İsgəndərovdan ibarət "Karma" komandası olub. Komanda 4 000 manat məbləğində pul mükafatı qazanıb.
II yerə "Phaster" komandası, III yerə isə "Eclipse" komandası layiq görülüb.
18-19 noyabr tarixlərində Bakı Ali Neft Məktəbində keçirilən Hakaton müsabiqəsində müxtəlif universitetlərdə təhsil alan tələbələrdən ibarət komandalar yarışıblar. Ümumilikdə Hakatona 70-ə yaxın komanda müraciət edib, 33 komanda dəvət alıb, sonda isə 22 komanda mübarizə aparıb.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR