Rusiya Federasiyasının Tümen Sənaye Universitetinin təşkilatçılığı ilə Sənaye Texnologiyaları və Mühəndislik İnstitutunun 15 illiyinə həsr olunmuş D.İ. Mendeleyev adına beynəlxalq elmi-praktik konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbələri Şamil Fərzalızadə və Elnur İslamov bu konfransda “Tullantı sularının təmizlənməsində gələcək tətbiq üçün PSI və onun törəmələrinin sintezi” (Synthesis of PSI and its derivatives for the future application in wastewater treatment) mövzusu ilə uğurla çıxış edərək birinci dərəcəli diplomla təltif olunublar.
Tələbələrin elmi rəhbəri BANM-in Kimya mühəndisliyi kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru Aysel Məmmədovadır. Konfransın materialları www.elibrary.ru saytında Rusiyanın Elmi Sitat İndeksinin (RSCI) məlumat bazasına yerləşdiriləcək.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR