"Vətəndaş cəmiyyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına-COP29 və növbədənkənar Prezident seçkilərinə öz töhfəsini verəcək".
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni qurumun ümumrespublika forumunda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, indiyə kimi müxtəlif regional forumlar keçirilib: "Həmin forumlarda 250-dən artıq QHT təmsil olunub. Bu gün isə 300-dən çox QHT rəhbərinin iştirakı ilə ümumrespublika forumu keçirilir. Burada müxtəlif mövzulara toxunulacaq, o cümlədən vətəndaş cəmiyyətinin baş verən proseslərdəki rolu barədə danışılacaq. Forumun sonunda bəyanat qəbul olunacaq".
R.Zeyni vətəndaşları qarşıdan gələn Prezident seçkilərində fəal iştirak etməyə çağırıb.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir