Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Pakistana ikinci mayeləşdirilmiş təbii qaz (LNG) yükünü vaxtından əvvəl göndərib.
“İki sahil” Pakistan mətbuatına istinadən məlumat verir ki, yükün bu ilin fevralında çatdırılması planlaşdırılırdı.
Qeyd edək ki, 2023-cü ilin iyul ayında “Pakistan LNG Limited” (PLL) və SOCAR arasında 1 il müddətinə çevik şərtlərlə LNG alınmasına dair çərçivə sazişi imzalanıb.
Sazişə əsasən, Azərbaycan hər ay bir partiya LNG yükü təklif edəcək və Pakistan bu partiyanı qəbul edib-etməmək barədə qərar verəcək. Pakistanın yükü qəbul etmədiyi təqdirdə heç bir maliyyə sanksiya tətbiq olunmayacaq.
Sazişə uyğun olaraq, LNG yük həcmi 3,2 milyon MMBtu +/- 5 % təşkil edəcək və ödəniş PLL fakturasının alındığı gündən 30 gün ərzində həyata keçiriləcək.
Pakistan Azərbaycandan ilk LNG yükünü 2023-cü ilin dekabr ayında alıb.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR