Yaponiyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası ətrafında fikir mübadiləsi aparılıb.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir