24 yanvar tarixinə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi rekord həcmdə qaz qəbul edib.
“İki sahil”in xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev havaların kəskin soyuması ilə əlaqədar sosial şəbəkələrdə keçirdiyi canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, qeyd olunan tarixə “Azəriqaz” sutkalıq 48 mln. kubmetr qaz qəbul edib ki, bu da rekord bir göstəricidir.
“Keçən ilin eyni gününə nisbətən 8 mln. kubmetr artıq qaz qəbul olunub”, - Ruslan Əliyev qeyd edib.
O əlavə edib ki, bu günə olan məlumata görə, hazırda ölkə üzrə qaz təchizatı ilə bağlı ciddi bir problem yoxdur: “Bir-iki yerdə kiçik bir qəzalarımız olub və onlar aradan qaldırılıb”.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR