COP-29 çərçivəsində ilk Azərbaycan İnvestisiya Forumunun keçirilməsi nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev mətbuat konfransında bildirib.
Ötən il Çinlə 7 müqavilənin bağlanmasına diqqət çəkən Y.Abdullayev bildirib ki, 2023-cü ildə AZPROMO-nun Ticarət Nümayəndəliyinin aparatının dəstəyi ilə Çinə 2.1 milyon ABŞ dolları dəyərində qida, içki məhsulları və xalçalar ixrac edilib.
İcraçı direktor həmçinin əlavə edib ki, payız aylarında Birinci İllik İxrac Forumunun da keçirilməsi nəzərdə tutulur. Bu il üçün əsas hədəflərdən biri isə xarici investorların Qarabağa gətirilməsidir.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir