BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycanda dayanıqlı maliyyə sahəsi üzrə bir çox yeniliklərin gəlməsi mümkündür.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
"COP29 Azərbaycanda mötəbər tədbir kimi keçiriləcək. Ölkəmizin bu tədbirə ev sahibliyi etməsi böyük uğurdur. Azərbaycanda bu istiqamətdə "yaşıl kredit"lərin, "yaşıl istiqraz"ların verilməsi məsələsi yalnızca AMB-dən asılı deyil. Həmçinin biznesin "yaşıl kredit"ə tələbi olmalıdır ki, bank da bu istiqamətdə addımlar atsın", - deyə T.Kazımov vurğulayıb.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir