Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Misir səfiri ilə müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, səfir Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşdə həmçinin ölkədə şəhərsalma sahəsində gerçəkləşən irimiqyaslı layihələrlə bağlı müzakirələr aparılıb, 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyətindən danışılıb, bu ilin noyabrnda Qahirədə baş tutacaq Ümumdünya Şəhərsalma Forumuna (WUF12) hazırlıq məsələlərinə toxunulub, müxtəlif istiqamətlərdə əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Fevralın 8-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev (@_anar_guliyev) Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb.
— AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (@shehersalma) February 8, 2024
Görüş zamanı Komitə sədri ölkəmizdə #şəhərsalma sahəsində son illər… pic.twitter.com/hx1kg1DwVy
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir